Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:31

Daha böyük ərazi susuz qala bilər


Su problemi ilə bağlı uyğun qurumlar heç bir açıqlama vermirlər
Su problemi ilə bağlı uyğun qurumlar heç bir açıqlama vermirlər

Bakı və Sumqayıtda su problemi yaranıb. Bakının Binəqədi rayonu və Sumqayıtın 70 faizə yaxın hissəsini suyla təmin edən nasoslarının işi dayanıb.


«Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Quliyev deyir ki, xəbərdarlıqlara baxmayaraq «Azərsu» onlara olan enerji borcunu ödəmir. Buna görə də «Sumqayıtelektrikşəbəkə» adıçəkilən istiqamətlərdə nasosları şəbəkədən ayırıb.


Qalan nasoslar isə hələ ki, işləyir. Amma borc ödənilməsə, digər nasoslar da şəbəkədən ayrılacaq. Yəni daha böyük ərazi susuz qalacaq: «Nasoslar şəbəkədən ayrılsa, Sumqayıtın qalan hissəsi, Sumqayıt ətrafındakı yaşayış məntəqələri və Bakının bir neçə rayonu da susuz qalacaq».


Anar Quliyev deyir ki, o, ozü də bir vətəndaş kimi Sumqayıtda su problemi ilə üzləşib. Ancaq «Azərsu» vətəndaşlardan supulu aldığı halda işlətdiyi enerjinin pulunu ödəmək istəmədiyi üçün belə vəziyyət yaranıb. Əhali susuz qalmasına baxmayaraq hələ də «Azərsu»dan «Sumqayıtelektrikşəbəkə»yə borcun ödənilməsi ilə bağlı hər hansı cavab verilmir.


Yaranmış vəziyyətlə bağlı «Azərsu»dan hər hansı cavab almaq mümkün olmadı. Ümumiyyətlə, sözügedən qurumdan mediaya əhalinin su problemindən əziyyət çəkməsinə dair hər hansı açıqlama verilmir. Bir neçə gün əvvəl «Azərsu» Mətbuat Xidmətinin rəhbəri Aqşin Rüstəmov ANS telekanalına açıqlamasında problemlə bağlı müvafiq tədbirlər görüldüyünü deyərək, borcun yaranmasının səbəbi kimi, abonentlərin vaxtında ödəniş etməməsini göstərmişdi.


Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə hesab edir ki, bu hadisənin kökündə inhisarçı təşkilatların çəkişməsi dayanır. Cənab Hüseynov deyir ki, hökumətin konkret istehlakçı siyasətinin olmaması belə vəziyyət yaradır. Nə qədər ki, qanunlarda boşluqlar var, vəziyyət bu cür də davam edəcək.


«Sumqayıtelektrikşəbəkə»dən «Azərsu»nun elektrik enerjisinə görə, 38 milyon manata yaxın borcunun olduğu bildirilir.


Vəziyyətlə bağlı hökumətin hansısa tədbirlər görməsini öyrənmək üçün Nazirlər Kabinetinin Mətbuat Xidməti ilə əlaqə saxlasaq da, sualımıza cavab ala bilmədik.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG