Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:20

Aqil Xəlil Baş Prokurorluğu və Sərhəd Xidmətini məhkəməyə verib


Jurnalist bildirir ki, onun ölkədən çıxmasının qarşısı qanunsuz olaraq alınıb
Jurnalist bildirir ki, onun ölkədən çıxmasının qarşısı qanunsuz olaraq alınıb

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil Dövlət Sərhəd xidmətinə, Baş Prokurorluğa və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb. Jurnalist ölkədən çıxmağa icazə verilməməsinin qanunsuz hesab edilməsi, ölkədən daimi maneəsiz çıxmağa icazə verilməsi və pozulmuş hüquqlarına görə kompensasiya ödənilməsini iddia edir. Bu barədə vəkil Elçin Sadıqov «Turan»a bildirib.


Onun sözlərinə görə, adı çəkilən qurumlar bu il mayın əvvəllərində qanunsuz olaraq jurnalistin ölkədən çıxmasının qarşısını alıb.


Vəkil həmçinin Aqil Xəlilin bıçaqlanması ilə bağlı cinayət işi üzrə həbs edilmiş Sergey Strekalinin istintaqının icraatının ayrıldığını bildirib. «Sergey Strekalinin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma, qanunsuz olaraq narkotik vasitələri saxlama və satma və s. maddələri ilə cinayət işinin istintaqı başa çatıb. Digər cinayət işinin istintaqı isə başqa icraata ayrılıb. Mənə elə gəlir ki, Sergey Strekalinin daha ağır cinayətləri var. Bunun müqabilində, fevralın 22-də Aqil Xəlilin zeytun bağında döyülməsini də onun boynuna yıxacaqlar. Halbuki jurnalistin kimlər tərəfindən döyülməsi ilə bağlı video çəkiliş var», - deyə vəkil bildirib.


Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə «Azadlıq» radiosuna bildirib ki, Aqil Xəlilin hələlik ölkədən kənara çıxmasının məqsədə müvafiq bilinməməsi ibtidai istintaqın maraqlarından irəli gəlir. «Bu iş üzrə təqsirləndirilən şəxslər həbsdədirlər. Əgər Aqil Xəlil məhkəmədə olmasa, bu məhkəmə istintaqının əsaslı şəkildə uzadılmasına və istintaq altında olan şəxslərin hüquqlarının pozulmasına gətirib çıxaracaq».


Baş Prokurorluğun sözçüsü jurnalistin onlara qarşı məhkəmədə iddia qaldırmasını normal sayır və bu cür məsələlərin hüquqi müstəvidə həll olunmasına cəhdi müsbət dəyərləndirir.


Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin zabitləri olduğu iddia edilən şəxslər tərəfindən döyülüb. Bu hadisədən sonra isə onu ürək nahiyəsindən bıçaqlayıblar. Prokurorluq jurnalistə homoseksualların xəsarət yetirdiyini iddia edir. Aqil Xəlil isə bunun iftira olduğunu və istintaq zamanı müstəntiqlərin təzyiqinə məruz qaldığını deyir.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG