Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:33

«Heç nə soruşmurdular…«Sən lotusan?» deyib döyürdülər…»


İdmançı deyib ki, Azərbaycan vətəndaşlığından imtina etməyi düşünür
İdmançı deyib ki, Azərbaycan vətəndaşlığından imtina etməyi düşünür

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirən Azərbaycanın boks üzrə milli komandasının üzvü Ramal Amanov müsahibəsi əksər qəzetlərdə yer alıb.


Boksçu müsahibəni «APA-Sport» agentliyinə verib.


«Məndən demək olar ki, heç nə soruşmurdular. Prezident təqaüdçüsü olduğumu desəm də, «sən lotusan?» deyib döyürdülər, bəlkə də 20 dəfə barmaqlarımdan bədənimə cərəyan keçirdilər. Şoka düşmüşdüm, iki saat belə davam edəndən sonra məni zirzəmiyə atdılar, gecəni səhərə kimi titrədim. Halsızlıqdan və ağrıların təsirindən yerimdən tərpənə bilmirdim. Yalnız Ağacan Əbiyev işə qarışdıqdan sonra məni evə buraxdılar. Amma evdə çox qala bilmədim. Təcili yardım çağırdıq, məni «Semaşko» xəstəxanasına apardılar. Harada döyüldüyümü eşitdikdən sonra mənə lazımi xidmət göstərmədilər. Yalnız dimedrol verib yatırtdılar. Ağacan müəllim gəlib hay-küy salandan sonra rentgenə düşdüm, reanimasiya şöbəsinə yerləşdirib sistem qoşdular. Daxili orqanlarımın əksəriyyəti zədələnib. Axı nəyə görə belə olmalıdır? Mən ki, dövlətə, prezidentə qarşı çıxmamışam. Bundan sonra belə vəziyyətdə yarışlarda iştirakım mümkün deyil».


Müsahibə «Yeni Müsavat»ın ön səhifədə yerləşdirilib.


İdmançı deyib ki, daha Azərbaycanı təmsil etməyəcək və ölkə vətəndaşlığından imtina etməyi düşünür.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində boksçulara işgəncə verilməsi ilə bağlı verilən məlumatları təkzib edib. O, idarədə işgəncə verilməsi barədə deyilənlər uydurma adlandırıb.


S.Gözəlov həmçinin bildirib ki, boks üzrə Azərbaycan milli komandasının sabiq üzvü, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov barəsində Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi üzrə cinayət işi başlanılıb. Onun sözlərinə görə, V. Ələkbərov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


«Hökumət «qeyri-hökumət»i sevmir». Bu barədə «Gün səhər» yazıb. Qəzet Azərbaycan nə üçün ictimai təşkilatlara «sayğısız yanaşması» səbəblərini araşdırıb.


«Mayın 15-də «Sərhədsiz Reportyorlar» təşkilatının baş katibi Rober Menar Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub göndərib. O, dövlət başçısını jurnalist Aqil Xəlilə qarşı fiziki hücumlara və onun təqibinə son qoyulmasına, bütün bunlar faciə ilə nəticələnməmiş prosesə müdaxilə etməyə çağırıb. «Sərhədsiz reportyorların» məlum mövqeyini şərh etmək istəməyən Prezident Aparatının şöbə müdiri Əli Həsənov isə bildirib ki, Azərbaycan iqtidarı ictimai təşkilatların müraciətinə cavab vermək niyyətində deyil.


Qəzet daha sonra bildirir: «Əslində, ictimai təşkilatlarla əməkdaşlıq demokratik ölkələrə xas keyfiyyətdir. Çünki demokratiya mövcud olan dövlətlərdə hakimiyyət ölkəni həm də ictimai və qeyri-hökumət təşkilatlarının vasitəsilə idarə edir… Azərbaycanda isə demokratiya, söz azadlığı, azad mətbuat və digər sahələrdə tamamilə fərqli situasiya mövcud olduğundan burada ictimai təşkilatların fəaliyyətinə ciddi yanaşılmır».


«Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir». Bunu «Yeni Azərbaycan»a müsahibəsində parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. «Həmin öhdəliklərin böyük bir qismi artıq yerinə yetirilib. Seçki Məcəlləsinə və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna təklif olunan əlavə və dəyişiklikləri yüksək qiymətləndirilir»- deyə Z.Əsgəorv bildirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG