Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:26

«Azadlıq» qəzetinin vəziyyəti həmməruzəçilərlə müzakirə olunub


«Həmməmurzəçilərin əsas narahatçılığı mətbuatın vəziyyəti ilə bağlıdır»
«Həmməmurzəçilərin əsas narahatçılığı mətbuatın vəziyyəti ilə bağlıdır»

«Azadlıq» qəzeti ətrafında baş verən olaylar Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Andreas Herkel və Yevgeniya Jivkova ilə müzakirə olunub.


Bu barədə «Azadlıq» radiosuna qəzetin direktoru Azər Əhmədov məlumat verib. O, bildirib ki, həmməruzəçilərlə mayın 19-da keçirilən görüşdə qəzetin əməkdaşı Aqil Xəlilin məsələsi də müzakirə olunub:


«Həmməmurzəçilərin əsas narahatçılığı Azərbaycanda mətbuatın vəziyyəti, həbsdə olan jurnalistlər, «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil ətrafında baş verən olaylarla bağlıdır».


Görüş vaxta cənab Herkel həbsdə olan jurnalistlər Qənimət Zahid, onun qardaşı Mirzə Sakit və Eynulla Fətullayevlə görüşü barədə məlumat verib.


«Azadlıq» qəzetinin baş redaktoru və bir yazarı hazırda həbsdədirlər, müxbir Aqil Xəlilin həyatına isə iki dəfə sui-qəsd edilib.


AŞPA rəsmiləri Andreas Herkel və Yevgeniya Jivkova mayın 18-dən Bakıdadırlar. Onlar müxtəlif səviyyələrdə keçirilən görüşlərində ölkədə demokratiyanın vəziyyətini müzakirə edirlər.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG