Keçmiş SSRİ ölkələrində iqtisadi artım bu il azalacaq. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mayın 18-də belə bir proqnozla çıxış edib. Bank azalmanı sözügedən ölkələrdə gedən inflyasiya ilə əlaqələndirib.
AYİB-in Kiyevdə keçirilən 17-ci illik görüşündə həmçinin vurğulanıb ki, Qazaxıstan, Moldova, Rusiya və Ukraynada Ümum Daxili Məhsulun (ÜDM) artım tempi bu il 6 faiz olacaq. Bu da keçən il qeydə alınan 7.3 faizdən aşağıdır.