Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Strasburqda Avropa Şurasına üzvü ölkələrin konfransı keçiriləcək


Bu il mayın 22-23-də Strasburqda Avropa Surasına üzv ölkələrin parlament spikerlərinin sammit-konfransı keçiriləcək. «Parlament və vətəndaş cəmiyyəti» və «Milli parlamentlər və Avropa Şurası: demokratiya, insan haqları və qanunun aliliyi əsas dəyərlərinin təşviq olunması» forumun əsas mövzuları olacaq.


Avropa Şurasının ofisindən «Turan»a deyiblər ki, konfransa həmçinin üzv dövlətlərin parlamentlərarası qurumlarının beynəlxalq başçıları da dəvət ediliblər. Forum çərçivəsində həmçinin Avropa Şurası ölkələri parlament rəhbərlərinin ayrıca görüşlərinin keçirilməsi də nəzərdə tutulur.


Avropa Şurasına üzv ölkələrin parlament spikerlərinin ilk görüşü 1975-ci ildə keçirilib. Həmin vaxtdan etibarən belə görüşlər iki ildə bir dəfə olmaqla ya Strasburqda, yaxud üzv ölkələrin paytaxtlarının birində keçirilir.
İlkin informasiyalara görə, forumda Azərbaycan nümayəndə heyətinə parlamentin spikeri Oqtay Əsədov başçılıq edəcək.


XS
SM
MD
LG