«Mirzə Sakitin əsəbləri yerində deyil, yatarkən boğulur, əgər onu ayıltmasalar, ayıla bilmir. Dili qatlanır. Ayaqlarının ağrısı kəskin ağırlaşıb».
Jurnalistin həyat yoldaşı Rəna Zahidova «Turan»a belə deyib. Mayın 15-də Rəna Zahidova onun cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində olub.
Rəna Zahidovanın sözlərinə görə, belə davam edərsə, Mirzə Sakitin səhhəti daha da pisləşəcək.
«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 2006-cı ilin iyunundan həbsdədir. O, narkotiklərin saxlanması ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri Mirzə Sakiti vicdan məhbusu sayırlar.