Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:57

«Baltika Pivə Şirkəti» «Baku-Castel»i alıb


Mayın 15-də Bakıda «Baltika Pivə Şirkəti»nin direktoru Anton Artyomov «Baku-Castel» Pivə Zavodunun səhmlərinin 100% alındığını elan edib.


Saziş «Baku-Castel»in sahibi olan «Brasseries İnternationales Holding (Eastern) Ltd.» şirkəti ilə imzalanıb. Müqavilənin dəyəri barədə məlumat verilmir. Saziş antiinhisar orqanı tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minəcək.


«Baltika Pivə Şirkəti»nin prezidentinin sözlərinə görə, gələn ilədək onlar Xırdalan pivə zavoduna 20 milyon dollar investisiya yatıracaqlar. Şirkət 2009-cu il üçün şəxsi brendlərin istehsalına da başlamağı planlaşdırır.


«Baltika Pivə Şirkəti» 2000-ci ildən Azərbaycana tədarükləri həyata keçirir və bazarın 3,5%-ni əhatə edir. «Baku Castel» şirkətinə isə ölkənin pivə bazarının 70%-i məxsusdur. 2007-ci ilin yekunlarına görə, Azərbaycanda «Baltika»nın ixrac satışları 14% artıb.


«Baku Castel» şirkətinin gücü bir ilə 7 mln. dekalitr təşkil edir. Şirkət yaxın 3 ildə 12-14% illik artım proqnozlaşdırır.


«Baltika Pivə Şirkəti» 1990-cı ildən fəaliyyət göstərir. Şirkət Rusiyada pivə bazarının, Şərq Avropada pivə istehsalçılarının lideridir. «Baltika» brendi Avropada satış üzrə ikinci yerdədir. Şirkətə Rusiyada yerləşən 11 zavod məxsusdur. Müəssisə pivəni dünyanın 47 ölkəsinə ixrac edir. / Turan /


XS
SM
MD
LG