Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

«Biz indi payızda keçiriləcək seçkiləri gözləyirik»


Piter Semnebi Azərbaycan cəmiyyətində AB-yə yönələn qınaqlara cavab verib
Piter Semnebi Azərbaycan cəmiyyətində AB-yə yönələn qınaqlara cavab verib

«Biz indi payızda keçiriləcək seçkiləri gözləyirik. Azad və demokratik seçkilər istənilən gənc ölkənin həyatında həmişə vacib olur. Bu seçkilər isə indi həm də Azərbaycanın Avropa Birliyi ilə münasibətləri baxımından da önəm daşıyır».


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna müsahibəsində bir neçə dəfə seçkilər, demokratiya və siyasi azadlıqlar məsələsinə toxunub.


«Aprelin əvvəlində biz yaxın qonşuluq fəaliyyət planının icrasıyla bağlı hər üç Cənubi Qafqaz ölkəsindəki durumla bağı hesabat açıqladıq. Azərbaycan haqqında onu deyə bilərik ki, planda göstərilən məqsədlərə çatmaq üçün Azərbaycanın əlavə səylər göstərməsinə ehtiyac görürük. Ümid edirik ki, qarşıdakı ildə Azərbaycan hökuməti və cəmiyyətiylə birlikdə bu fəaliyyət planında nəzərdə tutulan öhdəlikləri həyata keçirmək üçün birgə çalışa biləcəyik».


Cənab Semnebi bildirib ki, AB Azərbaycanda əsas demokratik institutların formalaşmasına, azad və ədalətli seçkilər keçirilməsinə, insan və vətəndaş azadlıqlarının təmin edilməsi məsələlərinə diqqət yetirməyə davam edəcək. «Çünki bu məsələlər çox vacibdir və münasibətlərimizin keyfiyyətinə təsir edən əsas məqamlardı. Avropa Birliyi ilə güclü münasibətlərin qurulması üçün bu problemlərin həlli vacibdir».


Piter Semnebi müsahibəsində Azərbaycan cəmiyyətində AB-yə yönələn ittiham və qınaqlara da cavab verib. Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri bəzi beynəlxalq qurumları, o cümlədən AB-ni ölkədə demokratiya və söz azadlığının pozulmasına münasibətdə loyallıq göstərdiyini və demokratiyanı iqtisadi maraqlara qurban verdiyin iddia edirlər. Ptier Semnebi bildirir ki, bu problemlər AB-ni də narahat edir: «Çünki bu elə insan haqları arasında fundamental hüquqlardandır. Ona görə də bu məsələlərlə bağlı çox narahat olduğumuzu gizlətmirik».


Piter Smenebi «Azadlıq» radiosuna müsahibəsində Azərbaycan və Ermənistan münaqişəsinin həllinə dair danışıqları da xüsusi diqqətlə izlədiklərini və hələ də ümidli olduqlarını deyib. O, AB-nin hər iki ölkənin dövlət başçılarının görüşlərinə hələ də ümidlə baxdığını bildirib.


Cənab Semnebi AB-nin Rusiya qazından asılılığı aradan qaldırmağa yönələn Nabukko layihəsinə də münasibət bildirib. O, deyib ki, Azərbaycan həm qaz ehtiyatları, həm də tranzit baxımdan Nabukko layihəsi üçün önəmli ölkədir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG