Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:45

«Seçkinin taleyi bir-iki dəyişiklikdən asılıdır»


«Bu dəyişikliklər olmadan da normal seçki keçirmək mümkündür»
«Bu dəyişikliklər olmadan da normal seçki keçirmək mümkündür»

Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı layihə Milli Məclisin komissiyasında müzakirə olunub və parlamentə təqdim edilib. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının dediyinə görə, prezidentin parlamentə təqdim etdiyi bu layihədə təxminən 90-na yaxın dəyişiklik nəzərdə tutulub. Ağamalı deyir ki, müzakirələrdə bəzi fikir ayrılıqları olsa da, sonda 8 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla komissiya düzəlişləri qəbul edib. Müzakirələrdə bəzi deputatlar bir sıra məsələlərə etiraz ediblər. Fəzail Ağamalı deyir ki, prezidentin göndərdiyi layihədə qeyd olunmasa da, o, təbliğat-təşviqat müddətinin yarıya qədər- 120 gündən 60-günə endirilməsini təklif edib. Millət vəkili bildirir ki, Rusiya kimi böyük ölkədə bu müddət bir ay olduğu halda, Azərbaycanda 120 gün çox böyük vaxtdır. O, hesab edir ki, təbliğat–təşviqata uzun müddət ayrılması insanları da narahat edir. Fəzail Ağamalı bildirir ki, o, parlamentdəki müzakirələrdə bu məsələni bir daha qaldıracaq.


Bundan başqa, Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə barmaqların mürəkkəblənməsinin əleyhinə çıxıb. Onun fikrincə, bu, insanların hüquqlarının ciddi şəkildə pozulmasıdı. Amma bu təkliflərin heç biri qəbul edilməyib. Məcəlləyə ilk dəfə olaraq seçki prosesinə müdaxilənin yolverilməzliyi barədə maddə əlavə edilib. Son dəyişikliklərdə dövlətin maliyyələşdirdiyi televiziya, radio və yazılı mətbuatda təbliğat kampaniyası ləğv olunub. Ancaq İTV-də pulsuz, digər kommersiya TV-lərdə isə pullu təbliğat qalır. Amma burda da «Reklam haqqında» qanuna görə, bəzi məhdudiyyətlər var. Əsas dəyişikliklərdən biri həmçinin təbliğat materiallarının divarlara və müxtəlif obyektlərə vurulmasına qoyulan qadağa ilə bağlıdır. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bunu düzgün addım hesab edir.


Müzakirələrdə iştirak edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə deyir ki, dəyişikliklərin əksəriyyəti texniki xarakterlidir. Yəni bu dəyişikliklər olmadan da normal seçki keçirmək mümkündür. O, hesab edir ki, seçkinin taleyi Seçki Məcəlləsinə təklif olunan bir-iki dəyişiklikdən asılıdır. Onun sözlərinə görə, bunlar dövlət KİV-lərində təbliğatın ləğv edilməsi, təbliğat materiallarının divarlara, obyektlərə vurulmasının qadağan olunması və namizədin qoyacağı girovun yuxarı həddinin 10 milyon manata qaldırılması və s.-lə bağlıdır. Bu dəyişikliklər bəri başdan digər namizədlərin əl-qolunu bağlayır.


Millət vəkili deyir ki, qeydiyyata alınmaq üçün lazım olan imza toplaya bilməyən namizədin bu məbləğin 3 faizi qədər depozit qoyması da problemli məsələdi. P.Hüseynin sözlərinə görə, bu gün İlham Əliyevdən başqa digər namizədlərin 300 min manat depozit qoyması problemli bir işdi.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG