Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 04:27

Prezidentliyə namizədlərin pulsuz təbliğatı qadağan edilir


Azərbaycanın Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov
Azərbaycanın Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov

Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərə görə, prezidentliyə namizədlərin telekanal və radiolarda təbliğatı məhdudlaşdırılıb. Məcəlləyə dəyişikliyə əsasən, prezidentliyə namizədlər telekanal və radiolarda seçki kampaniyasını «Reklam haqqında» qanuna müvafiq apara biləcəklər.


Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının iclasında dəyişikliklərlə bağlı layihənin müzakirəsində Azərbaycanın Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov belə deyib.


L. Hüseynov onu da deyib ki, sənəddə həmçinin seçkiqabağı təşviqat materiallarının binalarda, digər obyektlərdə yerləşdirilməsi qadağan edilir.


L.Hüseynov məcəlləyə düzəlişlərin Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırıldığını bildirib.


Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərə dövlət televiziyası və radiosunda pulsuz 6 saat efir vaxtı verilirdi. Bundan əlavə, namizədlər özəl telekanallarda sutka ərzində seçki təbliğatı apara bilərdilər.


Məcəllənin qəbul olunacağı təqdirdə prezidentliyə namizədlər yalnız İctimai Televiziyada pulsuz efir vaxtından istifadə edə biləcəklər. Telekanallarda isə «Reklam haqqında» qanuna əsasən prezidentliyə namizədlər sutka ərzində yalnız 25 faiz efir vaxtından istifadə edə bilər.


Deputat Pənah Hüseyn isə sənədə təklif olunan dəyişikliklərin mahiyyətcə heç nəyi dəyişmədiyini və seçkilərin demokratik keçirilməsini təmin etməyəcəyini deyib. Müzakirələrdən sonra bir nəfər əleyhinə olmaqla, Seçki Məcəlləsinə əlavə və dəyişiklik parlamentin müzakirəsinə tövsiyə olunub.


Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG