Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 21:30

«Seçki Monitorinq Mərkəzinin bağlanması məyusluq doğurur»


«Vaxt azdır və hər keçən gün Azərbaycanın nüfuzunun əleyhinə işləyir»
«Vaxt azdır və hər keçən gün Azərbaycanın nüfuzunun əleyhinə işləyir»

«Seçki Monitorinq Mərkəzinin bağlanması məyusluq doğurur». Bunu «Azadlıq» radiosuna Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib.


Mayın 14-də Xətai Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğviylə bağlı iddiasını təmin edib. Nazirlik iddia edir ki, qurumun təsis sənədlərindəki məlumatlar qeyri-müəyyəndir.


Herkel deyib ki, belə qərarlar Azərbaycanın yaxşı seçki keçirmək barədə vədlərinə uyğun gəlmir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq birliyi ədalətli seçkilərə inandırmaq üçün öhdəliklərinə ciddi yanaşmalıdır:


«Mən bir neçə dəfə bu barədə demişəm. Vaxt azdır və hər keçən gün Azərbaycanın nüfuzunun əleyhinə işləyir. Hakimiyyətdə oturanlar anlamalıdırlar ki, bu cür hərəkətlər ölkə üçün mənfi tendensiyalar yaradır. Ümid edirik ki, hakimiyyət əlavə movzular çıxarmayacaq və biz öz işlərimizlə məşğul olacağıq. Biz hadisələrin inkişafını gözləyirik».


Herkel və digər həmməruzəçi Yevgeniya Jivkova bu məsələləri həftənin sonunda Bakıda müzakirə edəcəklər. Məruzəçi deyib ki, ölkədə seçkiqabağı atmosfer xüsusi narahatlıq doğurur. Konkret rəy Bakıda aparılacaq danışıqlardan və hadisələrin inkişafından asılı olacaq.


Bununla yanaşı, Herkel bildirib ki, vəziyyət düzəlməsə, Azərbaycanın məsələsi iyun ayında AŞ PA-nın plenar iclasında müzakirəyə çıxarıla bilər.


Seçki Monitorinq Mərkəzi bu ilin əvvəlində dövlət qeydiyyatından keçib. Mərkəz seçkilərin monitorinqini aparırdı.


XS
SM
MD
LG