Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:47

Rus icmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini qətlə yetirilib


Gəncədə rus icmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini mayın 14-nə keçən gecə qətlə yetirilib.


Gəncə şəhər Prokurorluğundan «Trend»ə bildirilib ki, 38 yaşlı Nəzərli Nadejda Dmitriyevna yaşadığı mənzildə naməlum şəxslər tərəfindən bıçaqla öldürülüb.


Verilən məlumata görə, Nadejda Dmitriyevnanın üzərində zorakılıq əlamətləri müəyyən olunub. Mərhumun mənzili dağınıq vəziyyətdə olub.


Mərhumun həyətində kirayədə qalan 3 nəfər dindirilir. Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.


XS
SM
MD
LG