Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

«Bir gün qayıtdım, səhəri də dövlət çevrilişi baş verdi…»


«Mənə pasport versinlər, qanuni şəkildə gəlim Azərbaycana, amma bunu da etmirlər»
«Mənə pasport versinlər, qanuni şəkildə gəlim Azərbaycana, amma bunu da etmirlər»

«Bu tarixə yazılan bir şeydi… Nə deyim… Bir gün qayıtdım, səhəri də dövlət çevrilişi baş verdi. Bununla da qurtardı məsələ…»


«Azadlıq» radiosuna müsahibəsində Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibov 1992-ci ilin 14 may hadisələrini xatırlayarkən belə deyib. Həmin vaxt istefada olan Mütəllibov yenidən hakimiyyətə qayıtmağa cəhd göstərsə də, bir gündən sonra ölkəni tərk etməli oldu.


-Ayaz müəllim, həmin hadisələrdən 16 il keçir. O vaxtkı problemlər indi öz həllini tapıbmı? 16 il sonrakı Azərbaycanı necə görürsünüz?


-O zaman mənə qarşı müxalifətdə olan cavan siyasətçiləri həmişə əməkdaşlığa çağırmışam. Çünki o zaman Azərbaycan böyük təhlükə qarşısında idi. Qarabağda vəziyyət gərgin idi, müharibə gedirdi. Ona görə mən ikinci cəbhənin əleyhinə çıxış edirdim, müxalifəti əməkdaşlığa çağırırdım. Amma elə adamlar var idi ki, vəziyyətdən istifadə edib hakimiyyətə gəlməyə cəhd edirdilər. Əfsuslar olsun ki, bu tip adamlar üstün oldular. Ümumiyyətlə həmin dövrdə daxili çəkişmələr məruz qalan Azərbaycan uduzdu. Eyni zamanda Azərbaycanda demokratik islahatlar 16 il geriyə atıldı. Belə olan halda Azərbaycana necə demokratik ölkə demək olar?


-Bəs sizdən sonra hakimiyyətə gələnlər problemləri həll edə bildilərmi?


-Dərdimiz ondan ibarət idi ki, Azərbaycanda hakimiyyət uğrunda təkcə müxalifət mübarizə aparmırdı, onların arxasında müəyyən qüvvələr var idi. Hakimiyyət uğrunda mübarizə isə torpaqların əldən getməsi ilə nəticələndi.


-Yenidən Azərbaycana gəlmək barədə düşünürsünüzmü?


-Mən bu bərədə həmişə düşünmüşəm. Heç ağlıma gəlməzdi ki, 16 il burada yaşaya bilərəm. Ancaq bu arzunun həyata keçməsi məndən asılı deyil. Bəziləri də deyirlər ki, siz niyə Rusiya vətəndaşlığını almırsınız? Mən axı niyə Rusiyadan vətəndaşlıq almalıyam? Mən Azərbaycanının birinci prezidenti olmuşam, tarixi şəxsiyyətəm. Necə əsaslandıra bilərəm ki, Azərbaycan vətəndaşlığını istəmirəm. Mənə pasport versinlər, qanuni şəkildə gəlim Azərbaycana, amma bunu da etmirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG