Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:43

Bəzi nazirliklərin hələ də veb-səhifələri yoxdu


Bu qənaətə Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi gəlib. Mərkəz Azərbaycanda dövlət qurumlarının rəsmi internet saytlarının növbəti monitorinqinin nəticələrini açıqlayıb.


Mərkəzin direktoru Osman Gündüz deyib ki, monitorinq 50 dövlət orqanını əhatə edib.


O, deyib ki, bəzi dövlət qurumları - Fövqəladə Hallar, Sənaye və Energetika, Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin rəsmi saytları yoxdur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə saytı fəaliyyət göstərmir.


Mərkəzin tərtib etdiyi informasiya açıqlığı üzrə dövlət orqanlarının reytinq cədvəlində ilk yeri Vergilər Nazirliyi tutub.
XS
SM
MD
LG