Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Linn Miller: «Kasıblar daha da yoxsullaşır»


«Ərzaq bahalaşmasına cavab hamı tərəfindən verilməlidir»
«Ərzaq bahalaşmasına cavab hamı tərəfindən verilməlidir»

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Azərbaycan hökumətini qiymət artımı probleminə ciddi diqqət ayırmağa çağırır. Bunu ÜƏP-in Azərbaycan üzrə nümayəndəsi Linn Miller deyir.


Onun sözlərinə görə, qlobal ərzaq bahalaşmasının fəsadları Azərbaycana da təsir göstərir və kasıblar daha da yoxsullaşır: «Ərzaq bahalaşmasına cavab hamı tərəfindən verilməlidir. Hökumətin bu prosesə reaksiyası müxtəlif formalarda, məsələn, müxtəlif sosial kompensasiyaların ayrılması ilə də ola bilər. Öz növbəsində, ÜƏP olaraq biz bu işə birbaşa necə yardım göstərmək imkanları üzərində işləyirik».


Miller ümid edir ki, Azərbaycan hökuməti məcburi köçkünlərin ərzaq təhlükəsizliyini təkbaşına təmin etmək üçün büdcədən lazımi qədər vəsait ayıracaq.


1994-cü ildən başlayaraq ÜƏP Azərbaycanda təxminən 800 minə yaxın məcburi köçkünə 115 milyon dollar dəyərində ərzaq paylayıb. Gələn ay təşkilat fəaliyyətini başa vuracaq.


Son vaxtlar ölkədə ərzaq məhsulları kəskin şəkildə bahalaşıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG