Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:32

Əksəriyyət hökumətə çox az etibar edir


Respondentlərin çox az hissəsi deyib ki, ölkə insanların iradəsinə uyğun idarə olunur
Respondentlərin çox az hissəsi deyib ki, ölkə insanların iradəsinə uyğun idarə olunur

Dünya əhalisinin çoxu demokratik prinsipləri müdafiə edir. Əksəriyyət hakimiyyətin insanların iradəsinə qarşı həssas olmamasından narazıdır.


Bunlar «WorldPublicOpinion.org» saytının yeni sorğusunun nəticəsidir.


Sorğu 19 ölkədə, o cümlədən Azərbaycanda da aparılıb. Demək olar ki, bütün ölkələrdə respondentlər deyiblər ki, insanların iradəsi, istəyi hakimiyyət üçün əsas olmalıdır. Özü də azərbaycanlı respondentlər arasında belə cavab verənlər çox olub – 83 faiz. Rəyi soruşulanların, o cümlədən azərbaycanlıların əksəriyyəti öz hökumətlərinə çox az etibar etdiklərini də deyirlər. Yalnız 8 faiz azərbaycanlı deyib ki, onlar hökumətə tam arxayındırlar.


Bütün ölkələr demokratik seçkiləri müdafiə ediblər. Rəyini bildirən azərbaycanlıların 86 faizi razılaşıb ki, hökumət rəhbərləri bütün vətəndaşların səs verə biləcəkləri seçki əsasında seçilməlidirlər.


Azərbaycanda respondentlərin 10 dərəcəli şkala üzrə 7,5 faizi deyib ki, xarici siyasətini qurarkən ölkə dünya ictimaiyyətinin fikrini nəzərə almalıdır. 51 faiz isə bu qənaətdədir ki, Azərbaycan hökuməti dünya ictimaiyyətinin fikrini hesaba alır.


Sorğuda iştirak edən azərbaycanlıların çox az hissəsi – 4,2 faizi deyib ki, ölkə insanların iradəsinə uyğun olaraq idarə olunur.


Hüquq müdafiəçisi Arzu Abdullayeva da əksəriyyətin fikri ilə razılaşır. O, bildirir ki, Azərbaycan insan hüquqlarına hörmətsizliyi ilə artıq dünyada mənfi imic qazanıb. İctimai rəy, ictimai qınaq isə heç saya-hesaba da alınmır:


«İqtidar tərəfindən heç bir ictimai rəy, ictimai qınaq qəbul olunmur. Hökumətimiz bizim demokratik dövlət olduğumuzu elan etsə də, dövlət rəhbərliyimiz özlərini daha çox monarx kimi aparır. Azərbaycanın bütün sərvətləri də monarxiyaya aid olan sərvətlərdir. Əlbəttə, bu, yolverilməzdir».


Ölkə rəsmilər isə ölkədə demokratiya və insan haqlarının boğulması ilə bağlı səslənən iradları əsassız adlandırır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG