Mayın 7-də Dmitri Medvedyevin Kreml zalında andiçmə mərasimi keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin D.Medvedyevin rəsmən səlahiyyətlərinin icrasına başladığını elan edib.
D.Medvedyev martın 2-də keçirilən prezident seçkisində 70 faizdən çox səs toplayaraq qalib gəlib.
O, 1965-ci ildə anadan olub.
O, Rusiyanın üçüncü prezidentidir. 1991-99-cu illərdə prezidenti postunu Boris Yeltsin, 2000-2008-ci illərdə isə Vladimir Putin idarə edib.