Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

Çimərliklər təmizlənibmi?


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron çimərliklərinin yoxlanmasına başlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron çimərliklərinin yoxlanmasına başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron çimərliklərinin yoxlanmasına başlayıb. Monitorinq zamanı dəniz suyundan nümunələr götürülür, bu və digər çimərliyin yay aylarında çimmək üçün nə dərəcədə yararlı olması araşdırılır.


Nazirliyin mətbuat xidmətindən «Ekspress»ə verilən məlumata görə, Abşeron çimərlikləri ilə bağlı ən böyük irad və problem artıq aradan qaldırılıb. «Belə ki, 61 km uzunluğunda sahil xəttini əhatə edən çirkab və kanalizasiya sularını təmizləyən modul stansiyaların istifadə verilməsi dənizə axıdılan çirkab sularını təmizləyəcək. Sonra bu sulardan suvarmada da istifadə oluna bilər».


Çimərliklərdəki qumun və dəniz suyunun keyfiyyətinə gəldikdə isə, sanitar-bioloji səviyyə hələ də çox aşağıdır. Bakteriyalar və mikroblar, habelə ağır metal birləşmələri və təhlükəli kimyəvi maddələrlə bol çimərliklərin yay mövsümündə təmiz olacağına isə sadəcə, ümid etmək qalır.


«Gün səhər» qəzetində Qabil Abbasoğlu yazır ki, «Azərbaycanda yeni siyasi qüvvənin ortaya çıxması zərurətdir. Bu fikri təkrar eləmək nə qədər yorucudursa, o qədər də faydalıdır. Amma təhlükəli deyil. Yeni qüvvə, ümumiyyətlə, həmişə gərəklidir, üzücü siyasi cəngin forma və mahiyyətinə təzə naxışlar açılmalı, təzə xətlər çəkilməlidir. Mənim bildiyim budur ki, belə yenilik ölkədə uzun illərdən bəri kilidlənib qalmış siyasi dinamikanı artıra, fəal ictimai müstəvi yarada, oraya əlavə resurslar cəlb edə bilər. Kimya dərsi keçmirik, amma obrazlı ifadə etsək, reaksiyanın sürətini və effektini artırmaq üçün katalizatorun əlavə edilməsi vacib olduğu kimi, burada da siyasi proseslərə dinamika gətirə biləcək, yeni ideyalar və fərqli baxışlar ortaya qoyacaq faktorlar meydana buraxılmalıdır».


Rusiya Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu belə deyib. Bu barədə «Yeni Azərbaycan» yazıb. Politoloqun fikrincə aprel ayı Cənubi Qafqaz regionunda müəyyən gərginliyin yaranması müşayiət olunub.


XS
SM
MD
LG