Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:13

Hadı Rəcəbli: «Ailələrdə uşaqların artması müəyyən problemlər yaradır»


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyası «Gənc ailələrin sosial müdafiəsi haqqında» qanun layihəsi üzərində işləyir.


Komissiyanın sədri Hadı Rəcəbli deyir ki, ailələrdə uşaqların artması müəyyən problemlər yaradır. Həmçinin son zamanlar gənc ailələrin dağılmasının sayının artması da narahatçılıq doğurur. Bütün bu və digər problemlərin kökündə isə gənc ailənin sosial müdafiəsi dayanır: «Burada iş yerlərinə kvota ayrılmasından güzəştli kreditlərin verilməsinə qədər bütün məsələlər nəzərdə tutulur. Ola bilər ki, mənzil tikilib gənc ailələrə uzunmüddətli kreditə verilsin».


Hadı Rəcəbli əlavə edir ki, qanun layihəsi parlamentin payız sessiyasında qəbul oluna bilər. Belə bir qanunun icrasına dövlətin imkanı var. Onun sözlərinə görə, komissiyada həmçinin AİDS və paralimpiya idman oyunları ilə bağlı da qanun layihələri üzərində iş gedir.


XS
SM
MD
LG