Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

«AZADLIQ» RADİOSU MÜKAFAT ALDI


«Azadlıq» radiosunun Azərbaycan Xidməti «İlin media uğuru» mükafatını alıb. Radio Azərbaycan Qadın Jurnalistlər Birliyinin təsis etdiyi bu mükafata ictimai dialoqun genişlənməsi sahəsində fəaliyyətinə görə layiq görülüb.


Birliyin mükafatı Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə verilib.


Azərbaycan Qadın Jurnalistlər Birliyi («Women's Media Watch») xəbər mediasında xanım jurnalistlərin rolunu gücləndirmək, ictimai debat və proseslərdə qadınların iştirakını artırmağa xidmət edən qeyri-hökumət təşkilatıdır. Birlik 2007-ci ilin avqustunda yaradılıb.






XS
SM
MD
LG