Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 11:27

Biləcəridə dəmiryolçular tətilə başlayıb


Biləcəridə dəmiryolçular fevralın 15-də də bir neçə saatlıq tətil keçirmişdilər
Biləcəridə dəmiryolçular fevralın 15-də də bir neçə saatlıq tətil keçirmişdilər

Mayın 2-də Biləcəri Lokomotiv İstehsalat Birliyinin işçiləri əmək haqlarının artırılması tələbiylə tətilə başlayıblar. Tətilçilərin «Azadlıq» radiosuna verdikləri məlumata görə, tələbləri yerinə yetirilməyənə qədər maşinistlər işə çıxmaqdan imtina ediblər.


Maşinist Əhməd Uğurov deyir ki, iki ay əvvəl onlara maaşların artırılacağı bildirilsə də, rəhbərlik vədini yerinə yetirməyib. Hazırda 130 manat maaş alan maşinistlər isə bu vəsaitlə dolana bilmirlər.


Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov «Azadlıq» radiosuna bildirib ki, bütün dəmiryolu işçilərinin maaşına aprel ayından 28 manat əlavə olunub. O, idarənin imkanlarının ancaq buna çatdığını deyir.


Hazırda Lokomotiv İstehsalat Birliyinin rəhbərliyi tətilçilərlə danışıqlar aparır.


Biləcəridə dəmiryolçular fevralın 15-də də bir neçə saatlıq tətil keçirmişdilər. Onlar əmək haqlarının iki dəfə artırılmasını tələb edirdilər.




XS
SM
MD
LG