Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:12

«Prezidentin sərəncamı gecikib»


Hökumətdən öncə sıravi vətəndaş tədarük görməyə başlayıb
Hökumətdən öncə sıravi vətəndaş tədarük görməyə başlayıb

«Dövlətin istər taxıl, istər ərzaq və ya qeyri-ərzaq növləri ilə əlaqədar ehtiyat fondu olmalıdır. Çox təəssüflər olsun ki, bizdə bu, 2000-ci ildə ləğv olundu. Bu ehtiyatların hamısı dağıdıldı. İndi gec də olsa sərəncam verildi. Lakin biz artıq gecikmişik. Dünyada artıq bahalaşma gedir. Bu bahalaşma Azərbaycana birbaşa təsir edir. Ona görə də qiymət siyasəti ilə əlaqədar Azərbaycan çox gecikib. Və bu qiymət siyasətinin belə bir vəziyyətdə olması - bahalaşma Azərbaycanda faktiki olaraq insanın həyat şəraitinə çox mənfi təsir göstərib».


Bunu «Azadlıq» radiosunun «Xəbər ətər» proqramına qonaq olan Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov deyib.


Prezident sərəncamında göstərilib ki, ölkədə əsas ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına tam təminatı bu vaxta kimi mümkün olmayıb. Dünyada isə son vaxtlar ərzaq mallarının qiymətlərində yüksək artım müşahidə olunur.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, yaxın vaxtlarda çörək qıtlığı olmasa da, hər halda bahalıq gözlənilir. Çünki hökumətdən öncə sıravi vətəndaş tədarük görməyə başlayıb. Ekspert deyir ki, hər şey yaxın iki ayda bəlli olacaq...


Prezident əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı layihəsini üç ay müddətində hazırlamağı tapşırıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG