Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Mirzə Sakitin səhhəti ağırlaşıb


Mirzə Sakit şəxsi həkiminin müayinəsindən keçmək istəyir
Mirzə Sakit şəxsi həkiminin müayinəsindən keçmək istəyir

«Azadlıq» qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitin sağlıq durumunda ciddi problemlər yaranıb. Bu barədə jurnalistin xanımı Rəna Zahidova məlumat verib. O, ərinin sağlamlığının qaydasında olmadığını bildirib.


Onun sözlərinə görə, Mirzə Sakit şəxsi həkiminin müayinəsindən keçmək üçün Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib, amma hələ ki, cavab almayıb.


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmisi Mehman Sadıqov Mirzə Sakitin səhhətində heç bir problem olmadığını deyir. O, həmçinin jurnalistin şəxsi həkim müayinəsindən istifadə hüququ olduğunu da bildirib. Mehman Sadıqovun sözlərinə görə, Mirzə Sakitin ailəsi istədikləri tibb müəssisəsi və ya həkimlə müqavilə bağlayıb onu müayinə etdirə bilərlər.


Mirzə Sakit narkotik maddələri qanunsuz saxlamaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onun və həbsdə olan daha iki jurnalistin dərhal azad edilməsinin tələb edirlər.



AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG