Amerika Birləşmiş Ştatları «Azadlıq» radiosuna kiberhücumu pisləyib. Aprelin 26-da hakerlər «Azad Avropa-Azadlıq» radiosunun Belarus xidmətinin saytına hücum ediblər. Amerika Dövlət Departamentindən Jessica Simon deyib ki, bu, Belarusda azad və müstəqil mətbuata hücumun nümunəsidir.
Hakerlərin hücumu nəticəsində tək Belarus xidmətinin saytına ziyan dəyməyib. Radionun 9 saytı, o cümlədən Azərbaycan xidmətinin veb səhifəsi bir müddət işləməyib.