Türkiyə parlamenti fikir azadlığını məhdudlaşdırmaqda tənqid olunan qanuna yenidən baxıb. Dəyişikliyə görə, indi türklüyü təhqir cinayət hesab olunmasa da, hələ də türk xalqını təhqir kimi qiymətləndirilir.
Bu qanunla çoxlu sayda yazıçı, o cümlədən Nobel mükafatı laureatı Orxan Pamuk türklüyü təhqir ittihamı ilə məhkəməyə cəlb olunublar.
Yazıçılar və fəallar deyirlər ki, dəyişikliklər qaneedici deyil və Avropa Şurasının rəyini tam əks etdirmir. Brüsselin tələbinə görə, Türkiyənin etməli olduğu siyasi islahatlardan biri də ifadə azadlığına məhdudiyyətlə bağlıdır.