Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:59

Sürücülük vəsiqəsi neçəyədir?


«Şəhərdə «yezda» üçün yer qalmayıb»
«Şəhərdə «yezda» üçün yer qalmayıb»

Dövlət Statistika Komitəsinin (DSK) hesablamalarına görə, Azərbaycana hər il təxminən 40 minə yaxın avtomobil gətirilir. Avtomobillərin çoxu Bakının payına düşür. Paytaxt küçələrində son bir neçə ildə yaranan sıxlıq, günün demək olar bütün saatlarında müşahidə olunan tıxaclar avtomobillərin sayının kəskin şəkildə artması ilə izah olunur.


Paytaxt sakinləri bildirirlər ki, avtomobillərin sayının kəskin artımı, eyni zamanda Bakıdakı tikinti bumu sürücülük vəsiqələrinin alınmasında da problemlər yaradıb. İndi Bakıda sürücülük məktəblərinin tələbələrə təcrübə keçmək üçün yeri yoxdur. Tələbələr nəzəri bilikləri öyrənsə də, sürücülük təcrübələri olmur. Bu səbəbdən sürücülük vəsiqələrinin alınması üçün verilən imtahanlarda rüşvət 600-700 manata çatıb. Bunu söhbətləşdiyimiz şəhər sakinləri bildirirlər:


- Günah özümüzdədir ki, pul verib sürücülük vəsiqəsi alırıq. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda rüşvətsiz heç nə mümkün deyil. İmkanları olsa, hava udduğumuza görə də rüşvət alardılar.


- Mən sovetin vaxtında vəsiqə almışam. İndi çox qarışıqlıqdır. Şəhərdə «yezda» üçün yer qalmayıb. Ona görə də məcbur olub pul verməlisən.


- İmtahanda adamları yalnız sonda avtomobil sürəndə «ilişdirə» bilərlər. Axı şəhərdə yer yoxdu ki, bu adam maşını dala-qabağa verib sürməyi əməlli başlı öyrənsin.


Paytaxtın «28 May» və «Bakı Soveti» metrostansiyaları yaxınlığında yerləşən sürücülük məktəblərinə baş çəkdik. Burada nə müəllim, nə də tələbəyə rast gəldik. Özlərini katibə kimi təqdim edən xanımlar isə dedilər ki, yollar tıxaclı olduğundan dərslər yalnız gecə saatlarında keçirilir. Onu da etiraf etdilər ki, heç də hamı gecə saatlarında sürücülük dərslərinə gələ bilmir.


Nəqliyyat Nazirliyinin paytaxt küçələrində reyd keçirən nümayəndələri isə yol-nəqliyyat problemlərinin sürücülərin savadsızlığı və sürücülük vəsiqələrinin verilməsindəki qanunsuz məqamlarla bağlı olduğunu bildirdilər: «İndi sürücülük vəsiqəsi almaq istəyənlərin heç biri oxumur. Tanışlıqla, pulla gedib vəsiqə alıb şəhərdə «avtoş»luq edirlər. Bizim vaxtımızda belə işlər yox idi».


Bir neçə il öncə sürücülük vəsiqəsini yalnız Biləcəri qəsəbəsində yerləşən Dövlət Yol Polisindən almaq mümkün idi. Dövlət Yol Polisindən bildirirlər ki, artıq vətəndaşların daha rahat şəkildə sürücülük vəsiqəsi almaları üçün 11 regional bölmə də yaradılıb.


Sürücülük vəsiqəsinin alınmasının qanuni proseduru isə belədir. Vətəndaş sürücülük vəsiqəsi almaq üçün 3 aylıq sürücülük kursunu bitirməli və 50 manat dövlət rüsumu ödəyərək yaşadığı yerin aid olduğu regional büroda imtahan verib sürücülük vəsiqəsi almalıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG