Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 11:27

«Mövzu hələ də açıq qalır…»


«Məsələnin texniki tərəfləri var və aidiyyatı orqanlar tərəfindən həll olunmalıdır»
«Məsələnin texniki tərəfləri var və aidiyyatı orqanlar tərəfindən həll olunmalıdır»

İranın Bakıdakı səfiri Naser Həmidi Zare aprelin 29-da Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə «Buşehr» Atom Elektrik Stansiyasına göndərilən avadanlıqla bağlı problem müzakirə olunub.


Danışıqlardan sonra Həmidi Zare «Azadlıq» radiosuna bildirib ki, onunla «səmimi və dostyana» rəftar ediblər. Azərbaycan tərəfi izah edib ki, bu məsələ sırf texniki xarakter daşıyır və gömrüklə bağlıdır.


Bununla belə, səfir deyib ki, mövzu hələ də açıq qalır: «Bu, problem yox, mövzudur. Məsələnin texniki tərəfləri var və aidiyyatı orqanlar tərəfindən həll olunmalıdır. Bu, olunacaq və bizləri istəməyənlərin arzuları ürəyində qalacaq».


Daha əvvəl xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Tehranın Bakıya hansısa formada xəbər göndərməsi düzgün deyil: «Mətbuat vasitəsilə bizə bəyanat göndərirlər ki, buraxın yükləri. Biz belə bir dil başa düşmürük. Nədənsə bizə sadəcə cavab vermirlər. Əgər Rusiya səfirliyi Moskvadan tezliklə cavab alıb Azərbaycana versəydi, yəqin ki, məsələlər həll oluna bilərdi».


Mübahisəli avadanlıq martın 29-dan Azərbaycan-İran sərhədindəki Astara keçid məntəqəsində saxlanılır. Azərbaycan tərəfi bu yükün istifadəsi haqqında sənədləri tələb edir. Moskva isə bunu qanunsuz adlandırır, yükün tranzitinə dair bütün proseduralara əməl olunduğunu bildirir. Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni Azərbaycan tərəfindən yükü dərhal buraxmağı tələb edib.


Nazir müavini bildirib ki, məsələ rəsmi danışıqlar yolu ilə həll olunmalıdır: «Belə hay-küy qaldırmaqdansa, sadə bir iş görülməlidir - Rusiya lazım olan sənədləri təqdim etməlidir».


XS
SM
MD
LG