Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:01

Norveçin Xarici İşlər naziri: «İctimai yayımçı hər şeydən əvvəl müstəqil olmalıdır»


Norveçin Xarici İşlər naziri Yonas Qahr Store Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. Şirkətlə yaxından tanış olan qonaq televiziyanın onda maraq yaratdığını deyib. Baş direktor İsmayıl Ömərov bildirib ki, İTV yarandığı gündən ATƏT-lə və dünyanın bir çox ictimai yayımçıları ilə əməkdaşlığa xüsusi önəm verir: «Norveç hökumətinin dəstəyi və ATƏT-in təşəbbüsü ilə hazırda həyata keçirilən layihə şirkət əməkdaşlarının peşəkarlığının artmasında və beynəlxalq təcrübəni öyrənməkdə böyük rol oynayır».


ATƏT-in dəstəyi ilə BBC mütəxəssisləri tərəfindən İTV əməkdaşları üçün keçirilən treninqləri Norveç hökuməti maliyyələşdirir. Treninqlərin gedişi ilə də maraqlanan Yonas Qahr Store bildirib ki, onun ölkəsi Azərbaycanın ictimai yayımçısının əməkdaşları üçün keçirilən treninqləri bundan sonra da davam etdirmək niyyətindədir: «Hesab edirəm ki, ictimai yayımçı hər şeydən əvvəl müstəqil olmalıdır».


XS
SM
MD
LG