Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Azərbaycanda təxribat törətmək istəyən erməni qrupu həbs olunub?


Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib
Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib

Yerli informasiya agentlikləri Azərbaycanda Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılardan ibarət hərbi qrupunun yaxalandığını bildirir.


Azəri Press Agentliyinin (APA) yazdığına görə, dörd nəfərlik qrup Azərbaycanda təxribat törətmək istəyirmiş.


Hüquq-mühafizə orqanlarındakı mənbələr faktla bağlı araşdırma aparıldığını bildirirlər.


Azərbaycanın Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin mətbuat xidmətlərindən isə «Turan»a deyiblər ki, saxlanılan erməni qrupu haqqında məlumatları yoxdur.


«Azadlıq» radiosunun məsələ ilə bağlı rəsmi qurumlarla əlaqə yaratmaq cəhdləri də alınmayıb.


«Turan» İnformasiya Agentliyi Ermənistanın Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan KİV-in bu ölkənin təxribat qrupu haqqında informasiyası həqiqətə uyğun deyil. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şaxsuvaryanın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılanlar Ermənistan vətəndaşlarıdır, lakin hərbçi deyillər. O, deyir ki, Vanik Zmboyan, Artem Zorabyan, Karen Torosyan və Aqasi Enokyan Xaçik kəndində hərbi hissədə öz yoldaşlarına baş çəkməyə gediblər. Geri qayıdarkən onlar azıblar və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə keçiblər.


«Onlar Azərbaycanın təhlükəsizlik orqanlarında saxlanırlar və vəziyyətləri normaldır», - deyən Şaxsuvaryan əlavə edib ki, Ermənistan tərəfi vətəndaşlarının qaytarılması məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG