Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

Nəqliyyat Nazirliyi və Dövlət Neft Şirkəti məhkəməyə verildi


Dövlət Neft Şirkətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb
Dövlət Neft Şirkətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb
«Azad İqtisadiyyata Yardım» İctimai Birliyi Nəqliyyat Nazirliyi və Dövlət Neft Şirkətini (DNŞ) xüsusi icraat qaydasında məhkəməyə verib. İddiaya səbəb sözügedən qurumların informasiya sorğularını cavablandırmamalıdır. Birliyin yaydığı məlumata görə, Nəqliyyat Nazirliyinə göndərilən sorğuda 2007 və 2008-ci illərin dövlət büdcələrində sifarişçisi olduğu layihələrlə bağlı xərcləri barədə məlumatı açıqlamaq xahiş edilib.

Eyni hal DNŞ ilə də baş verib. Birlik bildirir ki, şirkətə 3 informasiya sorğusu göndərilib. İnformasiya sorğusunda 2005-2007-ci illər üzrə DNŞ-in gəlirləri, xərcləri və qarşılıqlı borclar barədə məlumatların təqdim edilməsi xahiş edilib. DNŞ də sorğularını heç birini cavablandırmayıb.


Birlik bu məlumatları məhkəmə yolu ilə əldə etmək niyyətində olduğunu bildirir.


Aprelin 30-da Yasamal Rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçiriləcək.


Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov isə «Azadlıq» radiosuna bildirib ki, büdcə parlamentdə müzakirə olunduğu üçün hara nə qədər vəsait ayrıldığı əvvəldən bilinir: «Digər tərəfdən, nazirliyin ən böyük layihələri – yollar, körpülər və sairənin açılışında orada xüsusi lövhələrdə nə qədər vəsait xərcləndiyi detallı şəkildə yazılıb göstərilir. Yəni burada gizli heç nə yoxdur».


Həsənov deyir ki, nazirliyə daxil olan bəzi sorğularda qurumun xərcləri yox, nazirin özünün ödədiyi vergilər və sair barədə məlumatlar istənilir. Ola bilsin, onlar cavablandırılmayıb: «Əgər məhkəmə olsa, arqumentlərlə cavab veriləcək. İlk növbədə araşdıracağıq ki, sorğuya niyə cavab verilməyib. Əgər KİV haqqında qanun bizim tərəfimizdən pozulubsa, müvafiq qaydada cavab veriləcək. Əks halda bizi məhkəməyə çəkən tərəf buna görə qanunla cavab verməli olacaq».


Dövlət Neft Şirkətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.


«İnformasiya əldə etmək haqqında» qanuna görə, informasiya sahibi 7 gün müddətində informasiya sorğusunu cavablandırılmalı və ya ona aid olmadıqda sorğunu aidiyyəti üzrə göndərməli və bu barədə sorğuçuya məlumat verməlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG