Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:18

X. İbrahim: «Azərbaycan heç bir tərəfin tövsiyəsinə və tələbinə ehtiyac duymur»


Xəzər İbrahim deyir ki, Azərbaycan heç bir tərəfin tövsiyəsinə və tələbinə ehtiyac duymur
Xəzər İbrahim deyir ki, Azərbaycan heç bir tərəfin tövsiyəsinə və tələbinə ehtiyac duymur

Bakı Tehranı Rusiyadan İrana - «Buşehr» Atom Elektrik Stansiyasına göndərilən avadanlıqla bağlı problemi gərginləşdirməməyə çağırır. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim aprelin 28-də bəyan edib:


«Mən eşitmişəm ki, İran Xarici İşlər Nazirliyinin sözçüsu tələb formasında hansısa bəyanat verib. Əgər o, bu kimi ifadələrdən istifadə edibsə, bu, ikitərəfli münasibətlərimizin ruhuna, diplomatik və ümumiyyətlə sadə etikaya uyğun deyil».


Mübahisəli avadanlıq martın 29-dan Azərbaycan-İran sərhədindəki Astara keçid məntəqəsində saxlanılır. Azərbaycan tərəfi bu yükün istifadəsi haqqında sənədləri tələb edir. Moskva isə bunu qanunsuz adlandırır, yükün tranzitinə dair bütün prosedurlara əməl olunduğunu bildirir. Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni Azərbaycan tərəfindən yükü dərhal buraxmağı tələb edib. O, deyib ki, Bakının Tehrandakı səfiri məsələ ilə bağlı İran XİN-ə çağırılıb.


Xəzər İbrahim deyir ki, Azərbaycan heç bir tərəfin tövsiyəsinə və tələbinə ehtiyac duymur. Onun sözlərinə görə, yükün sahibi və son ünvanı barədə verilən məlumatlar Bakını qane etmir. Buna görə də Azərbaycan tərəfi avadanlığın mahiyyəti barədə Moskvadan müfəssəl məlumat istəyir: «Azərbaycan əgər müvafiq sənədləri alsa və həmin sənədlər ölkə qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olsa, müvafiq addım atılacaq».


Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın Bakıdakı səfirliyinə nota ilə müraciət edib. Bakı Moskvadan müraciətinə rəsmi cavab verilməsini gözləyir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG