Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

«Heydər Babayev Astanadan çörəksiz qayıdıb»


«İqtisadi İnkişaf nazirinin Qazaxıstana səfəri uğursuz başa çatıb»
«İqtisadi İnkişaf nazirinin Qazaxıstana səfəri uğursuz başa çatıb»

«İran Azərbaycanı hədələdi». «Yeni Müsavat» qəzeti yazır ki, Tehran sərhəddəki radioaktiv yükün buraxılmasını tələb edir. Bu bəyanatla İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd Əli Hüseyni çıxış edib. Qəzet ANS-ə istinadən bildirir ki, Tehran Bakıdan Azərbaycan-İran sərhədində martın 29-dan saxlanılan və «Buşehr» Atom Elektrik Stansiyası üçün istehsal edilən istilik izolyasiya avadanlığını daşıyan maşın karvanının buraxılmasını tələb edir.


Rusiya tərəfinin bu məsələni həll etmək üçün cəhd göstərdiyini bildirən Məhəmməd Əli Hüseyninin dediklərindən belə aydın olur ki, Tehran problemin yaranmasında rəsmi Bakını günahlandırır: «Biz İranın Azərbaycandakı səfirindən yükün qısa zamanda İran tərəfinə verilməsini tələb etdik», - deyən Hüseyni əlavə edib ki, avadanlıq «Buşehr» AES-i üçün nəzərdə tutulub və yük beynəlxalq çərçivədə daşınır.


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə «Yeni Müsavat»a deyib ki, heç kim Azərbaycanla ultimativ dildə danışa bilməz.


«Azadlıq» qəzeti yazır ki, «Heydər Babayev Astanadan çörəksiz qayıdıb». Qəzet iddia edir ki, İqtisadi İnkişaf nazirinin Qazaxıstana səfəri uğursuz başa çatıb. Nazirin ölkədə gözlənilən taxıl böhranını önləmək üçün Qazaxıstan rəhbərliyi ilə apardığı danışıqlar səmərə verməyib. Astana sentyabra qədər Azərbaycan da daxil olmaqla heç bir ölkəyə taxıl satmayacağını qəti şəkildə bəyan edib. «Azadlıq» yazır ki, Qazaxıstan hətta ötən ilin dekabrında haqqı ödənilmiş 90 min ton taxılı verməkdən də imtina edib. Azərbaycan tərəfinin israrlı təkidlərinə baxmayaraq Astana öz ölkəsinin ərzaq təhlükəsizliyini təmin etmək naminə öhdəliyini pozub.


«Azərbaycan» qəzetində professor Fəzail İbrahimlinin «Aprel həqiqətləri» sərlövhəli məqaləsi dərc olunub. Yazıda 28 aprel işğalının qaranlıq səhifələrindən bəhs edilir. Müəllif bildirir ki, heç bir elmi əsasa və həqiqətə uyğun olmayan bu hadisə uzun müddət sovet tarixşünaslığında «Azadlıq günü», «Sosialist inqilabının qələbəsi» kimi qələmə verilmiş, 70 il xalqımız tərəfindən bayram edilmiş və böyük bir nəsil bu ruhda böyümüşdür: «Halbuki, Azərbaycanda heç bir üsyan, yaxud inqilab olmamış, XI ordu tərəfindən respublikada dövlət çevrilişi edilmiş və qanuni hakimiyyət hərbi yolla devrilmişdir».


XS
SM
MD
LG