Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 14:18

ÇERNOBIL QƏZASININ HAVADAN İLK VİDEO GÖRÜNTÜSÜ


Aprelin 26-da Çernobıl AES-də baş verən qəzanın 22 ili tamam olur. 1986-cı il aprelin 26-da Ukraynadakı bu stansiyanın 4 nömrəli reaktorunda partlayış olub. Avropanın böyük bir hissəsi radioaktiv zəhərlənməyə məruz qalıb.


Çernobıl AES-dəki qəzadan İsveç, Yunanıstan, Finlandiya, Norveç, Sloveniya, Rumıniya, Polşa, İsveçrə, Böyük Britaniya, Çexiya, İtaliya, Estoniya, Slovakiya, İrlandiya, Fransa, Almaniya, Latviya, Litva, Danimarka, Hollandiya, Belçika, İspaniya, Portuqaliya, İsrail də ziyan çəkib.


«Greenpeace» beynəlxalq təşkilatının 2006-cı ilə olan məlumatına əsasən, Çernobıl qəzası nəticəsində təkcə Rusiya, Ukrayna və Belarusda artıq 200 minədək insan xərçəng xəstəliyindən vəfat edib.


Bəşəriyyət tarixində ən böyük texnogen qəzanın nəticələrinin aradan qaldırılması prosesində 7 mindən çox azərbaycanlı da iştirak edib. İndiyədək onların 3 minə yaxını vəfat edib. Hazırda yaşayanların arasında isə çoxlu sayda yataq xəstələri var.


XS
SM
MD
LG