Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:52

Azərbaycan əsgəri qaytarılıb


Yaqub Muxtarov bu il martın 10-da Tovuzda əsir düşmüşdü
Yaqub Muxtarov bu il martın 10-da Tovuzda əsir düşmüşdü

Ermənistanda əsir saxlanan Azərbaycan əsgəri qaytarılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) «Azadlıq» radiosuna verilən məlumata görə, əsgər Yaqub Muxtarovu aprelin 23-ü günorta saatlarında təhvil verilib.


Əməliyyat Ermənistanın İcevan şəhəriylə Qazax arasındakı yolda, BQXK-nın vasitəçiliyilə keçirilib. Əməliyyatdan əvvəl komitənin işçiləri bir neçə dəfə əsgərə baş çəkiblər.


Komitədən verilən məlumata görə, əsgər Azərbaycana öz xoşuyla qaytarılır. Erməni tərəfi deyirdi ki, Yaqub Muxtarov Ermənistana könüllü keçib, çünki onu orduda incidiblər. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası isə bildirmişdi ki, Muxtarov Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.


Şəki rayonundan hərbi xidmətə çağırılmış Yaqub Muxtarov bu il martın 10-da Tovuzda əsir düşmüşdü.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG