Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:02

«PİLOTSUZ TƏYYARƏNİ RUSİYA QIRICISI VURUB»


Qali rayonu ərazisi üzərində pilotsuz təyyarəni Rusiyanın «MİQ-29» qırıcısı vurub. Bunu Gürcüstanın Hərbi-Hava Qüvvələrinin komandiri David Nairaşvili bildirib.


O, deyib ki, Rusiya təyyarələri Gürcüstanın hava məkanına müdaxilə edirlər.


Rusiya hərbçiləri isə ittihamları rədd edirlər.


Ötən həftəsonu tanınmamış Abxaziya Respublikasının hökuməti Gürcüstanın pilotsuz kəşfiyyat təyyarəsini vurduqlarını bəyan edib.


Təyyarə abxaz qüvvələrinin yeri barədə məlumat toplayırmış. Gürcü tərəfinin bildirdiyinə görə, təyyarə ölkə ərazisi üzərində ümumi müşahidə aparırdı.



XS
SM
MD
LG