Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

«Astarada saxlanmış yüklə bağlı müzakirələr aparılır»


Rusiyanın Azərbaycandakı səfirliyinin binası
Rusiyanın Azərbaycandakı səfirliyinin binası
«Rusiya və Azərbaycan arasında Astarada saxlanmış yüklə bağlı müzakirələr aparılır». Bunu «Azadlıq» radiosuna Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Anjela Matiyeva deyib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən isə APA -ya bildiriblər ki, saxlanmış məhsullar Nazirlər Kabinetinin 42 saylı qərarı ilə təsdiqlənmiş xüsusi məhsulların siyahısına daxildir.

Eyni zamanda Nazirlər Kabinetinin 230 saylı qərarına uyğun olaraq həmin malların ölkədən tranzit keçməsi üçün xüsusi icazə lazımdır. Həmin icazə sənədi təqdim edilmədiyi üçün malların saxlanıldığı, hazırda araşdırma aparıldığı vurğulanıb.


«Azadlıq» radiosunun bölgə əməkdaşının məlumatına görə isə Rusiyaya məxsus yük maşını Astara keçid məntəqəsində saxlanılır: «Maşın mühafizə olunur, tapşırılıb ki, bu barədə heç kimə məlumat verilməsin».


Azərbaycanın gömrük və sərhəd xidməti İranda «Buşehr» Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün nəzərdə tutulan Rusiya avadanlığını İran ərazisinə buraxmır.


Aprelin 21-də Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib ki, Azərbaycan tərəfi Rusiyaya müraciət edib ki, həmin yükün mahiyyəti haqqında ətraflı məlumat verilsin:


«Çünki həmin materiallar həssas ola bilər. Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının İranla bağlı müvafiq qətnamələri var və həmin qətnamələrin aparılan maddələrə aid olub-olmamasını bilmək çox vacibdir. Ona görə də biz Rusiya tərəfinə müraciət etmişik ki, onlar bizə daha ətraflı məlumat versinlər. Çünki ilk olaraq Rusiya tərəfi bildirmişdi ki, həmin yüklər İranda tikilən «Buşehr» AES üçün nəzərdə tutulub».


Rusiya mənbələrindən verilən məlumata görəsə artıq üç həftədir ki, «Buşer» AES üçün istilik izolyasiya avadanlığını daşıyan maşın karvanı «Astara» sərhəd keçid məntəqəsində saxlanılıb.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG