Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 01:33

Bakıda ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə olunacaq


Amerika ilə Azərbaycan Bakıda iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə edəcəklər. Bu məqsədlə ABŞ dövlət katibinin iqtisadi, enerji və kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Ceffri aprelin 22-də Bakıya gələcək.


ABŞ-ın Bakıdakı səfirliyindən «Azadlıq» radiosuna bildirilib ki, səfərin məqsədi enerji və iqtisadi sahədə əlaqələrə nəzər yetirməkdir:


«Ruben Ceffri ABŞ-ın iqtisadi tərəfdaşları ilə ticarət, kənd təsərrüfatı və investisiya sahəsində əlaqələrinə rəhbərlik edir. Onun səfəri Azərbaycan tərəfinə iqtisadi islahatların inkişafı, ikitərəfli ticarət əlaqələri və investisiya qoyuluşu sahəsində dəstək məqsədi daşıyır».


Dövlət katibinin müavini Bakıda rəsmilər və özəl sektorda çalışan şəxslərlə görüşəcək.


XS
SM
MD
LG