Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 12:46

Bakı dünyanın ən çirkli şəhəri elan edilib


Bakıda havanın çirklənməsi neft hasilatı ilə bağlıdır və bu da həyat üçün real təhlükə yaradır
Bakıda havanın çirklənməsi neft hasilatı ilə bağlıdır və bu da həyat üçün real təhlükə yaradır

Daha bir təşkilat Bakını dünyanın ən çirkli şəhəri elan edib. «Merser» beynəlxalq konsalting təşkilatı 2007-ci il həyat şəraitinin keyfiyyətiylə bağlı hesabatını yayıb.


Hesabatda deyilir ki, sağlamlıq və sanitariya baxımından dünyanın ən çirkli şəhəri Bakıdır. Təşkilat dünyanın 215 şəhərinin ekoloji durumunu təhlil edərək bu nəticəyə gəlib. Ekspertlərin fikrincə, Bakıda havanın çirklənməsi neft hasilatı ilə bağlıdır və həyat üçün real təhlükə yaradır.


Bakıdan bir az təmiz olan şəhərlər Banqladeşin Daxa şəhəri, Madaqaskardakı ANTA-nana-viro şəhəridir.


Dünyanın ən təmiz şəhərləri Kanadanın Kalqari, Ottava, Amerikanın Honolulu və Avropada Helsinki şəhəridir.


XS
SM
MD
LG