Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 14:01

ABŞ hərbi islahatların davamı üçün Azərbaycana yardım etməyə hazırdır


H. Veyt: «İki milyard dollar Azərbaycan hərbiyəsinə həqiqətən də tələb olunurmu?»
H. Veyt: «İki milyard dollar Azərbaycan hərbiyəsinə həqiqətən də tələb olunurmu?»

Amerika hərbi islahatların davamı üçün Azərbaycana yardım etməyə hazırdır. Bunu Bakıya səfərdə olan Oklohomo Milli Qvardiyasının rəhbəri general Harri Veyt bəyan edib.


O, deyib ki, islahatlar əvvəlki illərlə müqayisədə indi güclənib. Lakin görüləcək bir çox işlər var.


Hazırda Amerika-Azərbaycan hərbi məsləhətləşmələri bir sıra istiqamətlərdə aparılır. Ordunun NATO standartlarına uyğunlaşdırılması, ikitərəfli planlaşdırma, texniki yardım, Xəzərdə təhlükəsizliyin artırılması və s. müzakirə olunan istiqamətlərdir.


General Veyt deyir ki, NATO standartlarına uyğunlaşma təkcə ordunun səviyyəsinin gücləndirilməsi ilə kifayətlənmir. Eyni zamanda hərbi avadanlıq, treninqlərin səviyyəsi, yüksək hərbi bacarıqların təmini də vacibdir.


«Bizə məlumat verilib ki, Azərbaycanın öz hərbi büdcəsinin artıracağı gözlənilir. Bu, iqtisadi artım, adambaşına düşən gəlirlərin artırılmasına görədir. Lakin heç bir ölkədə, hətta ABŞ-da ucu-bucağı bilinməyən, sonsuz ehtiyatlar yoxdu. Ölkədə digər sahələrə təhsil, sağlamlıq, sosial və s. ayırmalar olmalıdır. İki milyard dollar Azərbaycan hərbiyəsinə həqiqətən də tələb olunurmu? Bu suala Azərbaycan özü cavab verməlidir».


General Veyt Azərbaycan hərbçilərinin Kosovodan geri çağırılması məsələsinə də toxunub. «Onlar uğurla xidmət edirdilər. Bundan sonra Azərbaycanın Əfqanıstanda öz qüvvələrini iki qat artırması qərarının baş tutacağını gözləyirik».


ABŞ-Azərbaycan hərbi məsləhətləşmələri aprelin 15-dən başlayıb. Bu sayca beşinci hərbi məsləhətləşmədir. Tərəflər qarşıdakı 3-5 il üçün hərbi əməkdaşlığın strategiyasını müzakirə ediblər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG