Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:51

Akademiya ləğv edilir?


Akademiyanın əvəzinə yeni elmi mərkəzin yaradılacağı planlaşdırılır
Akademiyanın əvəzinə yeni elmi mərkəzin yaradılacağı planlaşdırılır

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edilir. «Azadlıq» qəzeti yazır ki, «müəyyən qüvvələr prezidentə təlqin edirlər ki, akademiya ümumiyyətlə lazım deyil. Onlar həm də ölkə başçısının aprelin 10-da verdiyi sərəncamdan da bu məqsədlə bəhrələnmək istəyirlər. Prezident seçkisindən az sonra isə Elmlər Akademiyası ləğv ediləcək. Bunları bizə Milli Elmlər Akademiyasının rəhbərliyində təmsil olunan alimlər dedilər. Onlar ciddi şəkildə bildirdilər ki, 80-dən çox elmi tədqiqat institutu olan və 30 min işçinin çalışdığı Elmlər Akademiyasını tamlıqla ləğv etmək planı var».


Qəzet yazır ki, akademiyanın əvəzinə yeni elmi mərkəz yaradılacaq. AMEA-nın bir çox institutları birləşdiriləcək. Və həmin institutların əvəzinə departamentlər yaradılacaq. Departamentlər də yeni mərkəzin tərkibində fəaliyyət göstərəcək.


Aprelin 10-da ölkə başçısı «Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında» sərəncam verib. Sərəncamda vurğulanır ki, istər sahə institutlarında, istərsə də akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmiş qayda və metodlarla davam etdirdikləri tədqiqatlar yeni dövrün standartlarına cavab vermir.


«Ekspress» yazır AMİP-in qurultayı təxirə salına bilər. «Partiyanın aprelin 20-nə təyin olunmuş növbədənkənar qurultayının təxirə salınması ehtimalı böyükdür. Bunu partiyanın mətbuat və təbliğat katibi Əli Orucov deyib. O, bildirib ki, qurultayın keçirilməsinə 4 gün qalmasına baxmayaraq, yer ayrılması xahişi ilə dövlət qurumlarına edilmiş müraciətlərə hələ də cavab verilməyib».


Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev «Üç nöqtə»yə bildirib ki, yer­li və xa­ri­ci şir­kə­təlrin tu­rizm sər­gi­si­nə ma­ra­ğı ar­tıb.


Nazir deyib ki, tu­rizm prio­ri­tet sa­hə­lər­dən ol­du­ğun­dan, hö­ku­mət onun in­ki­şa­fı is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­lar atıb: «Ye­ni la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­lir, is­ti­ra­hət zo­na­la­rı ya­ra­dı­lır və meh­man­xa­na­lar ti­ki­lir, infrastruktur in­ki­şaf et­di­ri­lir. Ey­ni za­man­da öl­kə­miz xa­ric­də ak­tiv təb­liğ olu­nur. Bu təd­bir­lə­rin nə­ti­cə­si­dir ki, Azər­bay­can tu­rizm cəl­be­di­ci­li­yi ba­xı­mın­dan baş­qa öl­kə­lər­lə rə­qa­bə­t aparmaq gü­cünə ma­lik­dir».


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin «Demokratiya yolunda:


irs haqqında düşünərkən» kitabı çap olunub. «Yeni Azərbaycan» yazır ki, «dörd fəsildən ibarət olan bu fundamental tədqiqat əsərinin əvvəlində müəllif əsas məqsədini ifadə edərək yazır ki, bu kitab bəşəriyyətin inkişaf tarixində demokratiyanın rolunu və yerini təhlil etmək imkanı, sivilizasiyalı dünyanın daim «xalq hakimiyyəti»nə doğru irəliləməsini göstərmək cəhdi, Azərbaycanın ictimai-siyasi perspektivlərinə qısa futuroloji baxışdır».


XS
SM
MD
LG