İnsan Haqları üzrə Avropa Məhkəməsi keçmiş nazirlər Əli İnsanov və Fərhad Əliyevin işlərinə ən tezi gələn il baxacaq.
Bu barədə «Azadlıq» radiosuna Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib. O, deyib ki, sabiq nazirlərin şikayəti müxtəlif maddələrlə bağlıdır.
«Birincisi, onlar məhkəmə prosesini gözləmədən müraciət ediblər. Buna görə də burada ədalətli məhkəmə baxışı hüququnun pozulması iddia olunmur. Sadəcə olaraq keçmiş nazirlər azadlıq və mülkiyyət hüquqlarının pozulmasını iddia edirlər».
Sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyev dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və s.-də təqsirli bilinərək on ildən çox azadlıqdan məhrum ediliblər.