Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 08:16

Ceff Gedmin İlham Əliyevi müstəqil mediaya hörmət etməyə çağırıb


«Azadlıq» radiosunun prezidenti bəyanat verib
«Azadlıq» radiosunun prezidenti bəyanat verib

«Azad Avropa və Azadlıq Radioları» Korporasiyasının prezidenti Ceff Gedmin Azərbaycana səfəri ilə bağlı bəyanatla çıxış edib. Cənab Gedmin hökumətin mediaya artan təzyiqlərindən narahatdır. Dövlət başçısı İlham Əliyevlə görüşərkən o, bu məsələni prezidentin diqqətinə çatdırıb.


Amma prezident İlham Əliyev Azərbaycanda mediaya hər hansı təzyiqin olmasını təkzib edib. Prezident deyib ki, «biz tamamilə azadıq. Bizim yüzlərlə qəzetimiz var, İnternetdən istifadəni genişləndiririk və xarici yayımlara şərait yaradırıq».


Ceff Gedmin prezidentin diqqətinə çatdırıb ki, «Azad Avropa və Azadlıq Radiosu»nun məqsədi senzuradan uzaq, obyektiv xəbər və məlumat çatdırmaqdır. Radio rəhbəri prezident İlham Əliyevi «Azad Avropa və Azadlıq Radiosu»nun missiyasına və Azərbaycandakı digər müstəqil mediaya hörmət etməyə çağırıb.


Ceff Gedmin Azərbaycana iki günlük səfəri çərçivəsində hökumət rəsmiləri, müxalifət liderləri, media təmsilçiləri və vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb. O, həmçinin Xəzər Universitetinin tələbələri və Qadın Jurnalistlər Birliyinin üzvləri qarşısında çıxış edib, Amerika -Azərbaycan münasibətləri, ölkədə demokratiya və media azadlığının vəziyyəti və «Azadlıq» radiosunun gələcək fəaliyyəti ilə bağlı suallara cavab verib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG