Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 08:34

Azərbaycan sentyabracan Qazaxıstandan taxıl ala bilməyəcək


Qazaxıstan hər il Azərbaycana 300 min ton buğda satır
Qazaxıstan hər il Azərbaycana 300 min ton buğda satır
Azərbaycan sentyabracan Qazaxıstandan taxıl ala bilməyəcək. Qazaxıstan hökuməti aprelin 15-də qərara gəlib ki, sentyabrın 1-cən xaricə taxıl satmasınlar. Bu qərar ölkənin ərzaq təhlükəsizliyini təmin etməyin zəruriliyi ilə əsaslandırılıb.

Qazaxıstan hər il Azərbaycana 300 min ton buğda satır. Tacikistan və Qırğızıstan da hər il Qazaxıstandan 200 min ton buğda alırlar.


Aprelin 14-də isə Qazaxıstanın Kənd Təsərrüfatı naziri demişdi ki, hər il xaricə 12 milyon ton buğda sata bilərlər.


Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən isə «Azadlıq» radiosuna deyiblər ki, Qazaxıstanın embarqosuna baxmayaraq, bu, qiymət artımına səbəb olmayacaq.


Nazirliyin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev bildirib ki, indi ölkənin taxıl ehtiyatı kifayət qədərdir, sentyabrda qədərsə, Azərbaycanın özünün taxılı çıxacaq.


XS
SM
MD
LG