Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:15

«Rusiya Balkanlarda bir, Cənubi Qafqazda isə başqa mövqe göstərməməlidir»


«Rusiya Cənubi Qafqazda nüfuzunu itirmək istəmirsə, bunun bir yolu var: Azərbaycan və Gürcüstana ərazi bütövlüyünü bərpa etmək üçün yardım göstərmək».


Bunu «Azadlıq» radiosuna Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirib.


O, deyib ki, Kosovo müstəqilliyini elan edərkən Moskva tutduğu mövqeyini Dağlıq Qarabağ, Abxaziya və Dnestrayanı münaqişələrdə də nümayiş etdirməlidir.


«Biz Rusiyanın Kosovo ilə bağlı mövqeyini parinsipial səviyyədə eşitmişik. Biz də hesab edirik ki, ərazi bütövlüyü toxunulmaz prinsipdir. Amma Rusiya Balkanlarda bir mövqe, Cənubi Qafqazda isə başqa mövqe nümayiş etdirərsə, bu onun ikili standartlar tətbiq etdiyini düşünmək üçün əsas yaradacaq. Daha sonra isə həm Gürcüstanda, həm də Azərbaycanda Rusiyanın rolu ilə bağlı ayrı fikirlər əmələ gələcək».


Əzimov onu da deyib ki, Moskva həm də GUAM ölkələrində iqtisadi yatırımlar qoymaqla regionda imicini möhkəmlədə bilər.


XS
SM
MD
LG