Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

«İqtidar cəmiyyətdən xoflanır»


«Hakimiyyət təşvişə düşərək bütün istiqamətlərdə hücuma keçib»
«Hakimiyyət təşvişə düşərək bütün istiqamətlərdə hücuma keçib»

«Aqil Xəlilə qarşı aparılan kampaniyanı əxlaqa zidd hesab edirəm. Siyasi mübarizənin yol verilən metodikası və üsulları olmalıdır. Əgər hakimiyyət bu cür çirkin üsullardan istifadə edib kimisə hörmətdən salmaq istəyirsə, ilk növbədə bunun zərbəsi onun özünə dəyir». «Azadlıq» qəzetinə müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev belə deyib.


O, bildirib ki, «hakimiyyətə alternativ fikir mərkəzi gərək deyil. Mətbuata bu cür təzyiqlərin olması hakimiyyətin öz cəmiyyətindən, öz vətəndaşlarından xoflandığının göstəricisidir. Hakimiyyət bütün baryerləri keçmək iqtidarında olduğunu nümayiş etdirmək istəyir. Amma əslində alternativ söz mərkəzi olarsa, qısa müddət ərzində, əvvəllər olduğu kimi yenə də müxalifət onların gətirdikləri arqumentləri alt-üst edəcək. Hakimiyyət bundan təşvişə düşərək bütün istiqamətlərdə hücuma keçib. Yalnız özünə arxayın olmayan siyasi qüvvələr zora əl atır və zorakı üsullarla rəqiblərini əzib güclü görünməyə nail olmaq istəyir».


Prezident İlham Əliyevin 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası dövlət qəzetlərinin hamısının diqqət mərkəzində olub.


«Respublika» qəzeti prezidentin 2008-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacağını söylədiyini yazır. Dövlət başçısı bildirib ki, Azərbaycanın valyuta ehtiyatları 9 milyard dollar həcmindədir. «Ölkəmizdə uğurlu neft strategiyasının icrası nəticəsində bu il böyük artım gözlənilir. Bu, bizə əlavə güc və əlavə əminlik verir. Bu, bizə imkan verir ki, ölkəmizin müstəqil siyasətini daha da inamla irəliyə aparaq və Azərbaycan xalqının milli maraqlarını müdafiə edək».


«Ba­za­ra iri no­mi­nal­lı pul əs­ki­nasla­rı bu­ra­xıl­ma­lıdır». Bu fikri «Üç nöqtə»yə iq­ti­sad­çı eks­pert Əli Əlir­za­ye­və deyib. O, bildirib ki, Mil­li Bank öl­kə­də mak­roiq­ti­sa­di sa­bit­li­yi­nin tə­min edil­mə­si­nə na­il ol­maq məq­sə­di­lə bey­nəl­xalq stan­dart­la­ra uy­ğun pul si­ya­sə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı və tək­mil­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də təd­bir­lər hə­ya­ta ke­çi­rir.


Bununla belə ekspert hesab edir ki, par­la­ment çirk­li pul­la­rın yu­yul­ma­sı ilə əla­qə­dar qa­nun qə­bul etməlidir: «Bü­tün bun­lar kor­rup­si­ya qar­şı mü­ba­ri­zə si­ya­sə­ti­nin tər­kib his­sə­si­dir. Do­la­yı­sı yol­la hə­min pro­ses­lə­ri tən­zim­lə­yən qa­nun­ve­ri­ci­lik akt­la­rı möv­cud­dur. Am­ma bu kifayət de­yil. Dün­ya­da bu təc­rü­bə ge­niş ya­yı­lıb. Be­lə pul­lar baş­qa öl­kə­lər­dən ke­çi­ri­lir. Yax­şı olar ki, qa­nun qə­bul et­məz­dən ön­cə Azər­bay­can bu sa­hə­ni tən­zim­lə­yən bey­nəl­xalq kon­ven­si­ya­ya qo­şul­sun».


XS
SM
MD
LG