Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Prezident 668 min yeni iş yerinin yaradıldığını deyir


İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.


AzərTAcın məlumatına görə, İlham Əliyev 2004-2007-ci illərdə ölkə iqtisadiyyatının 96 faiz artdığını, bu meylin 2008-ci ilin birinci rübündə də davam etdiyini, ilin ilk üç ayında ümumi daxili məhsulun həcminin 14 faiz, sənaye istehsalının da təxminən eyni səviyyədə artdığını bildirib. Dövlət başçısı xatırladıb ki, adambaşına düşən büdcə xərclərinə görə, Azərbaycan MDB-də və dünyada qabaqcıl yeri tutur, ölkənin valyuta ehtiyatları 9 milyard dollar həcmindədir.


Prezident vurğulayıb ki, 400 minə qədər insan ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Üç ayda əhalinin pul gəlirləri 33 faiz, real gəlirləri isə 18 faiz artıb.


Əliyev ölkədə bahalaşmanın qarşısının alınması, yoxsulluğun azaldılması və işsizliyin aradan qaldırılması üçün ardıcıl tədbirlər görüldüyünü, 2004-cü ildən bəri 668 min yeni iş yerinin yaradıldığını və bunun 478 mininin daimi olduğunu bildirib.


Prezident deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü heç kimə güzəştə getməyəcək: «Ermənistandakı mövcud gərginlik və qeyri-müəyyənlik ölkənin işğalçı siyasətinin nəticəsidir və bu siyasət Ermənistana uğur gətirə bilməz. Azərbaycan öz torpaqlarını geri qaytarmağa nail olacaq».


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG