Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:25

Məhkəmə-Hüquq Şurası bir sıra hakimləri cəzalandırıb


4 hakim barədə intizam icraatı başlanıb
4 hakim barədə intizam icraatı başlanıb


Məhkəmə-Hüquq Şurası (MHŞ) bir sıra hakimləri cəzalandırıb. MHŞ-dən «Turan»a daxil olan məlumata görə, qurumun toplantısında Lənkəran Rayon Məhkəməsinin hakimi Azər Səmədova, Qax Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyova və Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi Adil Qasımova töhmət verilib.


Hakim etikasını pozduğuna görə isə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Kamal Əliyev intizam məsuliyyətinə cəlb edilməklə iş yerinin dəyişdirilməsi barədə qərar qəbul olunub.


Süründürməçiliyə, vətəndaş haqlarını tapdadıqlarına görə 4 hakim barədə intizam icraatı başlanıb.


XS
SM
MD
LG