Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

PALÇIQ VULKANLARININ 1/3-İ AZƏRBAYCANDADIR


Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma dünyadakı palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 kvadrat kilometr ərazidə cəmləşib! Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur.


Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstanla sərhəddir.


Adi vulkandan fərqli olaraq, palçıq vulkanı odlu lava əvəzinə, palçıq püskürür. İlk baxışdan palçığın yüksək temperaturda qaynaması ehtimal edilir. Lakin palçığın temperaturu adətən sabit qalaraq, ən isti yay aylarında belə 15 C-ni ötmür.


Palçıq vulkanlarının püskürməsi o qədər də təhlükəsiz deyil. Məsələn, XV əsrdə püskürən palçıq vulkanı Azərbaycanın Köhnəgədi kəndini palçıq altında qoyub. 1922-ci ildə Bakı ətrafında yerləşən Omanbozdağ palçıq vulkanının püskürməsi nəticəsində isə alov 14 km hündürlüyə yüksəlib.


Palçığın tərkibi lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi...


XS
SM
MD
LG