Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:43

Aprelin 14-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayır.


Sessiyada Ermənistan, Rusiya, Serbiya, Çernoqoriyada keçirilən prezident seçkilərinin nəticələri, Olimpiya oyunları ərəfəsində Çindəki vəziyyət, Yaxın Şərq, həmçinin Kosovonun müstəqilliyi və digər məsələlər müzakirə olunacaq.


Sessiyada Ukraynanın baş naziri Yuliya Timoşenkonun çıxışı da gözlənilir.


Tədbirdə Azərbaycanı Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Bununla yanaşı hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlının da tədbirə qatıldığı xəbər verilir.


Monitorinq komitəsində Azərbaycanın AŞ qarşısında öhdəliklərinin yerinə yetirilməsi məsələsinə də baxılacaq. Sessiyada Avropa insan haqları məhkəməsinin Azərbaycandan hakiminin seçilməsi də nəzərdə tutulub.


Sessiya öz işini aprelin 18-də başa çatdıracaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG